İtaliyada axtarışda olan mafiya üzvlərindən biri Madriddə saxlanılıb
Digər ölkələr
- 05 avqust, 2021
- 10:13
İspaniya polisinin italiyalı həmkarları ilə həyata keçirdiyi birgə əməliyyat nəticəsində İtaliyada axtarışanda olan “Ndrangeta” adlı mafiya qruplaşmasının üzvü ələ keçirilib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanlarının press-relizində deyilir.
Məlumata görə, həbs Madriddə həyata keçirilib. Adı dəqiqləşdirilməyən şübhəli şəxs Portuqaliyaya məxsus saxta sənədlərlə İspaniya ərazisində olub. Həbs olunarkən onun üzərindən 6 mobil telefon və təxminən, 6 min avro götürülüb.
Qeyd edək ki, 2005-ci ildə o, 30 illik həbs cəzasına məhkum olunub. Lakin vəkilləri onun ekstradiyasından yayınmaq üçün İspaniya məhkəməsinin qərarından şikayət ediblər.
Son xəbərlər
15:56
Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Maliyyə15:52
Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
Analitika15:52
"Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb
Futbol15:49
Azərbaycanın çimərlik futbolu millisinin dünya reytinqindəki mövqeyi müəyyənləşib
Futbol15:48
Foto
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Energetika15:48
UCI Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının təşkilatçılığını yüksək qiymətləndirib
Fərdi15:40
Foto
Bakıda idmanda dopinqə qarşı mübarizə üzrə beynəlxalq iclas yekunlaşıb
Fərdi15:25
Tacikistanda baş verən yol qəzasında 11 nəfər ölüb
Region15:21