İtaliya Estoniyada HHM sisteminin qalma müddətini uzadıb
Digər ölkələr
- 24 sentyabr, 2025
- 12:28
İtaliyaya məxsus SAMP/T HHM sisteminin Estoniyada yerləşdirilməsi 2026-cı ilin yazına qədər uzadılır.
"Report" Estoniya mediasına istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto Emari aviabazasında olarkən bildirib.
"İtaliya SAMP/T sisteminin və uzaq radar müşahidəsi və idarəetmə təyyarəsinin (CAEW) Estoniyada qalma müddətini uzatmağa qərar verib", - Q.Krozetto qeyd edib.
O dəqiqləşdirib ki, əvvəlcə HHM sisteminin 2025-ci ilin payızına qədər qalması planlaşdırılırdısa, indi gələn ilin yazında hava məkanında patrul missiyasının sonuna qədər Estoniyada qalacaq".
SAMP/T kompleksi 2025-ci ilin iyununda Estoniyanın Emari aviabazasında yerləşdirilib. Bundan başqa, aviabazada təxminən 500 italiyalı hərbçi var.
Son xəbərlər
14:44
Tayvanda "Bavi" qasırğası nəticəsində 87 nəfər yaralanıb
Digər ölkələr14:37
Foto
Azərbaycan Tibb Universitetində "Məzun Günü" təntənə ilə qeyd olunub
Elm və təhsil14:33
"Atletiko" Morten Yulmannı transfer edib
Futbol14:26
Vyetnamın Fukuok adası sahillərində kater çevrilib, 15 nəfər ölüb
Digər ölkələr14:07
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur14:04
İlin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
Daxili siyasət13:58
Foto
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Daxili siyasət13:57
Gürcüstanda ilk dəfə Ana Südü Bankı fəaliyyətə başlayıb
Region13:53