İsveçrədə torpaq sürüşməsi və daşqın nəticəsində iki nəfər ölüb, itkin düşən var
Digər ölkələr
- 30 iyun, 2024
- 14:44
İsveçrənin cənubunda, Tiçino kantonunda güclü yağışlar, torpaq sürüşməsi və daşqınlar nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, regionda körpünün uçması bəzi vadilərə girişi kəsib, Maqqiya və Vispa çaylarının daşmasından sonra A9 magisrtal yolunun bir hissəsi bağlanıb. Bəzi dağ yolları, o cümlədən ölkənin şimalı ilə cənubunu birləşdirən Sen-Qotard aşırımı müvəqqəti bağlanıb, qatarların hərəkəti də dayandırılıb.
Təbii fəlakətlə bağlı artıq İsveçrə ordusunun bölmələri əraziyə cəlb edilib, lakin güclü yağışın davam etməsi xilasetmə işlərini çətinləşdirir. Prezident Viola Amherd sakinləri ayıq olmağa və rəsmi göstərişlərə əməl etməyə çağırıb.
Son xəbərlər
21:22
ABŞ İrana qarşı mümkün zərbələr öncəsi İsrailə yanacaqdaşıyan təyyarələr göndərir
Digər ölkələr21:04
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Daxili siyasət20:55
"Şəfa" - "İmişli" oyununda qalib müəyyənləşməyib
Futbol20:50
CENTCOM: İranın Çabahar şəhərindəki limanda müşahidə qülləsi məhv edilib
Digər ölkələr20:32
Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul edib, ticarət və investisiya təşəbbüslərindən danışılıb
Xarici siyasət20:21
Sandra Oudkirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib
Region20:16
"Turan Tovuz" Türkiyədə İranın U-21 millisi ilə heç-heçə edib
Futbol19:59
Sibiqa XİN rəhbərinin, Xmara isə müdafiə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib
Region19:44