Stokholmda avtobusun dayanacağa çırpılması nəticəsində 3 nəfər ölüb - Yenilənib

Digər ölkələr
  • 14 noyabr, 2025
  • 21:20
Stokholmda avtobusun dayanacağa çırpılması nəticəsində 3 nəfər ölüb - Yenilənib

Stokholmun mərkəzində Valhallavagendə ikimərtəbəli avtobusun dayanacağa çırpılması nəticəsində 3 şəxs ölüb, bir neçə nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Expressen" qəzeti məlumat yayıb.

Polis avtobus sürücüsünü saxlayıb. Qeyd olunub ki, xəsarət alan 5 nəfərdən ikisi təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəzaya səbəb sürücünün hüquq-mühafizə orqanlarının şərh etmədiyi xəstəliyi olub. Hadisə yerində çoxlu sayda polis, təcili yardım maşınları və xilasedicilər işləyir.

Stokholmun mərkəzində avtobusun dayanacağa çırpılması nəticəsində bir neçə nəfər ölüb və xəsarət alıb.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İsveç polisi məlumat yayıb.

Stokholmun xilasetmə xidmətlərinin sözçüsü hadisə nəticəsində beş nəfərin zərər çəkdiyini bildirib.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.

Son xəbərlər

Bütün Xəbər Lenti