İsveç dronlarla mübarizə və "Gripen" üçün komplektləşdirici hissələrə 500 milyon dollar ayıracaq

Digər ölkələr
  • 10 oktyabr, 2025
  • 11:20
İsveç dronlarla mübarizə və Gripen üçün komplektləşdirici hissələrə 500 milyon dollar ayıracaq

İsveç dronlarla mübarizə vasitələrinə və qırıcı təyyarələr üçün komplektləşdirici hissələrə 500 milyon dollardan çox vəsait ayıracaq.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"İsveç silahlı qüvvələrin dronlarla mübarizə sahəsində imkanlarının gücləndirilməsi və "JAS 39 Gripen"in imkanlarının genişləndirilməsi üçün 5 milyard İsveç kronundan (520 milyon dollar) çox investisiya yatırır", - sənəddə qeyd edilib.

Bildirilib ki, bu investisiyalar müvafiq silahların və komplektləşdirici hissələrin tədarükü müddətlərini 2036-cı ildən 2028-ci ilə qədər qısaltmağa imkan verəcək. Bu məbləğdən 3,5 milyard kron (təqribən 367 milyon dollar) dronlarla mübarizə vasitələrinə, 1,5 milyard kron (təqribən 157 milyon dollar) isə "JAS 39 Gripen" qırıcıları üçün komplektləşdirici hissələrə xərclənəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti