İsveç Baş naziri Türkiyə Prezidentinə təşəkkür edib

Digər ölkələr
  • 23 oktyabr, 2023
  • 16:52
İsveç Baş naziri Türkiyə Prezidentinə təşəkkür edib

İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə isveçli Baş nazir “X” sosial şəbəkəsində yazıb.

“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və onu Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - İsveç Baş naziri paylaşımında vurğulayıb.

Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.