İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
Digər ölkələr
- 17 iyun, 2025
- 16:26
İranın 10 nüvə obyekti Tehranda yerləşir və İsrailin Hərbi Hava Qüvvələri artıq bu gün onlara zərbə endirmək niyyətindədir.
“Report” xəbər verir ki, “The Times of Israel” qəzeti ölkənin müdafiə naziri İsrael Katsın sözlərini yayıb.
Nazir bildirib ki, Hərbi Hava Qüvvələri xüsusilə bu gün Tehranda "çox mühüm, strateji hədəflərə və infrastruktur obyektlərinə" zərbələr endirəcək.
Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu yaxınlıqda olan insanları təxliyə barədə xəbərdar edəcək.
İranın nüvə obyektlərinə gəlincə, İ.Kats bildirib ki, Fordo yeraltı obyekti şübhəsiz ki, həll ediləcək məsələdir: "Tehranda İsrailin məhv edəcəyi 10-dan çox nüvə obyekti var".
Son xəbərlər
06:13
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min əsgər cəlb edəcək
Digər ölkələr05:46
Trampın Hörmüzlə bağlı açıqlamasından sonra neft qiymətləri aşağı düşüb
Digər ölkələr05:11
Britaniya Aİ-nin Ukrayna üçün 105,9 milyard dollarlıq kredit proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr04:45
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib
Region04:12
ÜST: Kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb
Digər ölkələr03:39
ABŞ bu gündən Hörmüz boğazındakı gəmilərin azad edilməsinə kömək edəcək
Digər ölkələr03:27
Türkiyədə tufan xəbərdarlığı olunub
Region03:18
Türkiyədə əks yola çıxan "TIR" 4 nəfərin ölümünə səbəb olub
Hadisə03:01