İsrailin hava məkanı martın 8-dən tədricən açılacaq
Digər ölkələr
- 06 mart, 2026
- 17:16
İsrail bazar günü, martın 8-dən etibarən ölkənin hava məkanında uçuşları tədricən bərpa etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-in yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, əməliyyat qaydaları çərçivəsində saatda maksimum iki dar gövdəli təyyarənin uçuşuna icazə verilir, hər reysdə sərnişinlərin sayı 50 nəfəri ötməməlidir. Uçuşlar İsrailin "El Al", "Israir", "Arkia" və "Air Haifa" aviaşirkətləri tərəfindən həyata keçiriləcək.
Yaxın günlərdə İsrail təhlükəsizlik sahəsindəki vəziyyətdən asılı olaraq, uçuşların miqyasını və yerlərin sayını artırmaq niyyətindədir.
Son xəbərlər
10:05
AİİB: Azərbaycan Orta Dəhlizin əməliyyat səmərəliliyinin təmin edilməsində kritik rola malikdir
İnfrastruktur10:05
Türkiyədə iki bələdiyyə başçısı korrupsiyada şübhəli bilinərək saxlanılıb
Region10:03
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Elm və təhsil10:02
"Səbail" Elnur Abdullayevin baş məşqçi təyin olunduğunu açıqlayıb
Futbol09:47
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Energetika09:45
Foto
Çad "ASAN xidmət" təcrübəsinin tətbiqində maraqlıdır
Sosial müdafiə09:40
Foto
Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib
Biznes09:38
"Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə09:36