İsraildə 12 Fransa vətəndaşı həlak olub
Digər ölkələr
- 12 oktyabr, 2023
- 12:58
HƏMAS-ın İsrailə hücumları nəticəsində 12 Fransa vətəndaşı həlak olub.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anne-Kler Legendre jurnalistlərə bildirib.
Onun sözlərinə görə, daha 17 nəfərin taleyi barədə məlumat yoxdur.
XİN rəsmisi vurğulayıb ki, rəsmi Paris vətəndaşlarının evakuasiyası üçün şənbə və bazar günləri İsraildən uçuş planlaşdırır.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Son xəbərlər
23:45
DÇ-2026: Qətər Bosniya və Herseqovinaya qarşı matçda fərqi azaldıb - YENİLƏNİR-3
Futbol23:39
İcbari tibbi sığortadan keyfiyyətli səhiyyəyə - könüllü tibbi sığortanın strateji rolu - RƏY
Sağlamlıq23:31
Modi ilə Paşinyan əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
Digər ölkələr23:12
"Axios": Vaşinqtonda İsrail - Livan danışıqları nəticəsiz başa çatıb
Digər ölkələr23:00
Foto
DÇ-2026: Qrup liderini müəyyənləşdirəcək İsveçrə - Kanada oyunu başlayıb
Futbol22:57
Sabah Yasamal, Nizami və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:44
Rumıniya Deputatlar Palatası Moldova ilə birləşməyə dair qanunvericilik sənədini təsdiqləyib
Digər ölkələr22:40
"Sabah" Avstriyada ilk yoxlama matçını keçirib
Futbol22:30