İsrail və Suriya razılaşma əldə etməyə yaxındır
- 24 sentyabr, 2025
- 14:25

İsrail və Suriya iki ölkə arasında deeskalasiya barədə razılaşma əldə etməyə yaxındırlar.
"Report"un "The Jerusalem Post"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş Assambleyası çərçivəsində ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barrak bildirib.
"Suriya və İsrail razılaşma üzərində danışıqlar aparırlar. Bu razılaşma Dəməşqin ümid etdiyi kimi İsrailin Suriyaya zərbələrinin dayandırılmasına və İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasına gətirib çıxaracaq. Bu, iki ölkənin müzakirə etdiyi təhlükəsizlik müqaviləsinə gedən ilk addım ola bilər", - o bildirib.
T.Barrakın sözlərinə görə, razılaşma çərçivəsində İsrail Suriyaya zərbələr endirməyi dayandırmağı, Suriya isə İsrail sərhədində ağır hərbi texnikanı yerləşdirməməyi öhdəsinə götürür.