İsrail Yəməndən buraxılan PUA-nı vurub
Digər ölkələr
- 13 yanvar, 2025
- 07:09
İsrail hərbçiləri Yəməndən atılan pilotsuz uçuş aparatını (PUA) vurub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hədəf İsrailin cənub səması üzərində vurulub, "protokola uyğun olaraq" hava həyəcanı siqnalı verilməyib.
Hərbi mənbələr “The Times of Israel” nəşrinə bildirib ki, İsrail Hərbi Hava Qüvvələri tərəfindən pilotsuz təyyarə Qəzza zolağı ilə sərhəddən təxminən 10 km məsafədə yerləşən Qvulot qəsəbəsi yaxınlığındakı Negev səhrası üzərində vurulub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Son xəbərlər
22:04
Misirin Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduğu sahələr məlum olub
Xarici siyasət21:56
Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq"
Futbol21:49
Video
Agentlik sədri: Bu günədək YAŞAT Fondu 19 mindən çox şəhid ailə üzvü və qazinin müraciətini həll edib
Daxili siyasət21:42
Video
Ülvi Mehdiyev: "ASAN xidmət" korrupsiyaya qarşı islahatdır
Daxili siyasət21:37
Agentlik sədri: "ASAN xidmət" dövlət-özəl tərəfdaşlığı platformasına çevrilib
Daxili siyasət21:22
Video
Ülvi Mehdiyev: "ASAN xidmət" artıq Azərbaycanın intellektual brendidir
Daxili siyasət21:05
Video
Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır
Daxili siyasət20:53
Azərbaycan və Misir arasında parlamentlərarası əməkdaşlıq möhkəmlənməkdə davam edir
Xarici siyasət20:52