İsrail Qəzzaya humanitar yardımın çatdırılması üçün nəzarət-buraxılış məntəqəsini açıb

Digər ölkələr
  • 12 noyabr, 2025
  • 12:27
İsrail Qəzzaya humanitar yardımın çatdırılması üçün nəzarət-buraxılış məntəqəsini açıb

İsrail Qəzzanın şimal hissəsinə humanitar yardımın çatdırılması üçün "Zikim" nəzarət-buraxılış məntəqəsini yenidən açıb.

"Report"un "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, məntəqənin açılması sayəsində Qəzza ilə sərhəddə hazırda üç buraxılış məntəqəsi fəaliyyət göstərir.

Ərazilərdə Hökumətin Fəaliyyətinin Koordinasiya İdarəsindən (COGAT) bildirilib ki, nəzarət-buraxılış məntəqəsinin açılması haqqında qərar İsrailin siyasi rəhbərliyinin təsdiqi ilə qəbul edilib. Məntəqədən keçən yardım lazımi təhlükəsizlik yoxlamalarından sonra BMT və beynəlxalq təşkilatlara təhvil veriləcək.

Qeyd edək ki, "Zikim" nəzarət-buraxılış məntəqəsi Qəzza şəhəri üzərində nəzarəti bərqərar etməyə yönəlmiş əməliyyat çərçivəsində sentyabrın 12-də bağlanmışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti