KİV: İsrail Hodeyda limanında gəmi dokunu məhv edib - YENİLƏNİB-2

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 20:31
KİV: İsrail Hodeyda limanında gəmi dokunu məhv edib - YENİLƏNİB-2

İsrailin hücumu nəticəsində Yəmənin Hudeydə limanında gəmi doku tamamilə məhv edilib.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd edək ki, İsrail aviasiyası "Ənsar Allah" qiyamçı hərəkatından olan husilərin nəzarətində olan, Qırmızı dəniz sahilində yerləşən Hodeyda limanının ərazisinə azı 12 zərbə endirib.

Bu liman husilərin nəzarətində olan əraziyə idxalın əsas hissəsini təmin edir və üsyançılar tərəfindən Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək üçün də istifadə olunur.

İsrail Ordusunun zərbələrindən sonra Yəmənin qərbindəki Hodeyda limanında güclü yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Bildirilir ki, 12 hava zərbəsi endirilib. Hücumun məqsədi limanı daha bir neçə həftə bağlı saxlamaq olub.

Yaxın saatlarda İsrail Müdafiə Ordusu Yəmənin Hodeyda limanına zərbələr endirəcək.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə Ordunun məlumatda deyilib. 

"İsrail Müdafiə Ordusu yaxın saatlarda xəritədə göstərilmiş zonaya zərbə endirəcək. Təhlükəsizliyiniz üçün Hodeyda limanında olan hər kəsi təcili olaraq bu zonanı tərk etməyə çağırırıq", - məlumatda bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti