İsrail Ordusu quru bölmələrini Qəzzaya yerləşdirməyə başlayıb
Digər ölkələr
- 21 sentyabr, 2025
- 20:49
İsrail Ordusunun 36-cı diviziyası iki həftəlik intensiv hazırlıqdan sonra Qəzza şəhərinə quru bölmələri yerləşdirməyə başlayıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin Müdafiə Odusunun mətbut xidməti xəbər yayıb.
"36-cı diviziyanın qoşunları genişlənmiş döyüş əməliyyatları üçün təxminən iki həftəlik intensiv hazırlıqdan sonra "Gideon arabaları -2" əməliyyatı çərçivəsində Qəzza şəhərinə daxil olmağa başlayıb", - bəyanatda deyilir.
Qeyd olunur ki, son günlər Qəzza zolağında döyüş zonasını ayırmaq və quru qoşunlarının əraziyə daxil olmasına imkan verilməsi üçün onlarla terror obyektinə hücum edilib.
"İsrail mülki vətəndaşlarını qorumaq üçün ordu lazım gəldikdə Qəzza zolağında fəaliyyətini davam etdirəcək", - qurum vurğulayıb.
Son xəbərlər
17:25
Foto
Azərbaycan Türkmənistanla biznes tərəfdaşlığını gücləndirir
Biznes17:24
ABŞ Ukraynaya "Patriot" kompleksləri üçün raketlərin istehsalına icazə verə bilər
Digər ölkələr17:21
NATO-nun Ankara Zirvəsində müttəfiqlər 50 milyard dollarlıq müqavilə imzalayıblar
Digər ölkələr17:13
Tramp: Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbələri müharibənin sonunu yaxınlaşdıra bilər
Digər ölkələr17:10
ABŞ lideri: Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik
Digər ölkələr17:10
Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır
Digər ölkələr17:01
Türkiyənin enerji şirkəti Bakı Fond Birjasında İPO-ya çıxa bilər
Maliyyə16:58
"Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır
Futbol16:50
Foto