İsrail Ordusu: Qəzza şəhərinin ələ keçirilməsi bir neçə ay çəkə bilər

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 21:36
İsrail Ordusu: Qəzza şəhərinin ələ keçirilməsi bir neçə ay çəkə bilər

Qəzza şəhərinin ələ keçirilməsi bir neçə ay çəkə bilər.

"Report" xəbər verir ki, bu bəyanatla İsrail Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin çıxış edib.

"Biz başa düşürük ki, bütün şəhəri ələ keçirmək üçün bir neçə ay, Qəzza şəhərində isə bütün terror infrastrukturunu təmizləmək üçün daha bir neçə ay lazım olacaq", - o, deyib.

Defrin orduya heç bir müddət məhdudiyyətinin verilmədiyini vurğulayıb: "Biz qaçırılanların geri qaytarılması və HƏMAS-ın məhvi üçün nə qədər lazımdırsa, hərəkət edəcəyik".

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Qəzza şəhərinə planlı genişmiqyaslı qurudan hücuma keçdiyini təsdiqləyib. Onun bəyan etdiyi məqsəd şəhər üzərində tam nəzarəti qurmaq və Fələstinin radikal HƏMAS hərəkatının qalan silahlı birləşmələrini məğlub etməkdir.

Ordunun hücum planları avqustun sonunda Netanyahu tərəfindən təsdiqlənib.

Son xəbərlər

Bütün Xəbər Lenti