İsrail ordusu Livanla sərhəddəki ərazini qapalı hərbi zona elan edib
Digər ölkələr
- 30 sentyabr, 2024
- 19:11
İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi əraziləri qapalı hərbi zona elan edilib”, - məlumatda bildirilir.
Qərar İsrailin Livan ərazisində mümkün quru əməliyyatı gözləntiləri fonunda açıqlanıb.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Livanda "Hizbullah"a qarşı planlaşdırılan quru əməliyyatını dəstəkləməyəcəyini bildirmişdi.
Son xəbərlər
00:00
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir
Din23:37
Tərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb
Hadisə23:20
KİV: ABŞ-İran danışıqları Hörmüz boğazına nəzarət məsələsində fikir ayrılıqlarına görə dalana dirənib
Region23:04
Netanyahu: İrana qarşı əməliyyat hələ başa çatmayıb
Digər ölkələr22:54
Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib
Digər ölkələr22:39
"Bavariya" mövsümdə qolların sayına görə Almaniya çempionatının rekordunu qırıb
Futbol22:23
Livana endirilən zərbələrdə həlak olanların sayı 2 mini ötüb
Digər ölkələr22:05
KİV: İslamabadda ABŞ, İran və Pakistan arasında danışıqlar bərpa olunub - YENİLƏNİB-2
Region22:00