İsrail ordusu Livanın cənubuna girib
Digər ölkələr
- 04 mart, 2026
- 14:33
İsrail ordusu Livanın Əl-Xiam şəhərinə girib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Livanın dövlət KİV-i məlumat yayıb.
"Əl-Xiam şəhəri fasiləsiz artilleriya atəşinə tutulur, İsrail ordusu şəhərə girib", - dövlət KİV-i xəbər verir.
Ötən gün Livanın hərbi mənbəsi AFP agentliyinə bildirib ki, İsrail ölkə ərazisinə hava zərbələri endirməklə yanaşı, Livanın cənubundakı sərhəd bölgəsində quru əməliyyatına başlayıb.
Öz növbəsində, İsrail Müdafiə Qüvvələri bəyan edib ki, qoşunların Livanın cənubunda yerləşdirilməsi qərarı "Hizbullah"ın hücumları fonunda müdafiə strategiyasının gücləndirilməsinin bir hissəsidir.
Son xəbərlər
09:21
Türkiyə - Paraqvay oyununun ən yaxşı futbolçusu Matias Qalarsa seçilib
Futbol09:14
DYP həftəsonu səfərləri zamanı sürücü və piyadaları diqqətli olmağa çağırıb
Daxili siyasət09:05
DÇ-2026: Türkiyə millisi növbəti mərhələ şansını erkən itirib - YENİLƏNİB-4
Futbol09:01
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.06.2026)
Maliyyə09:01
3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi bu gün başlayır
Komanda09:00
Kamçatka sahillərində güclü zəlzələ baş verib
Region08:44
Əraqçi Livanda atəşkəs əldə olunmasını ABŞ ilə danışıqların əsas şərti hesab edir
Region08:43
Foto
Futbolda ilk dəfə oyunçu mübahisə zamanı ağzını qapadığı üçün meydandan qovulub
Futbol08:43