İsrail Müdafiə Qüvvələri: Qəzzada HƏMAS-ın rabitə bölməsinin komandiri öldürülüb
Digər ölkələr
- 16 aprel, 2026
- 14:03
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-ın rabitə bölməsinin komandiri Əhməd Əbu Həseyranı öldürüb.
"Report" xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidmətinin məlumatında deyilir.
İsrail tərəfinin məlumatına görə, əməliyyat Cənub hərbi dairəsində həyata keçirilib, Əbu Həseyra aviazərbə nəticəsində öldürülüb.
IDF iddia edir ki, Əbu Həseyra İsrail qüvvələrinə yaxın ərazidə fəaliyyət göstərib və hərbçilər üçün təhlükə yaradıb.
Bundan başqa, bu həftənin əvvəlində HƏMAS-ın daha iki bölmə komandiri - İslam Haşem Riad Kanita və Mahmud Hamed Yusuf Hamdona da öldürülüb. IDF-nin məlumatına görə, onlar hətta atəşkəs dövründə də təşkilatın hərbi potensialının bərpası ilə məşğul olublar.
Son xəbərlər
13:23
Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib
Elm və təhsil13:11
Azərbaycan XİN Tanzaniyanı Respublika günü münasibətilə təbrik edib
Xarici siyasət13:02
"Atletiko" Juan Qomesin transferi ilə bağlı danışıqlar aparır
Futbol12:50
Oman sultanı İranın XİN rəhbəri ilə regionda gərginliyin azaldılmasını müzakirə edib
Hadisə12:37
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
Ekologiya12:30
Fidan ABŞ, Pakistan və İran nümayəndələri ilə Tehranla danışıqları müzakirə edib
Region12:12
"Arsenal" Premyer Liqada yeni rekorda imza atıb
Futbol12:08
Video
Bakıda yük maşınları toqquşub, sürücü xilas edilib
Hadisə11:49