İsrail Ordusu Livan ərazisində hərbi obyektlərə yeni zərbələr endirib
Digər ölkələr
- 14 noyabr, 2023
- 13:37
İsrail Müdafiə Ordusu Livan ərazisində hərbi obyektlərə yeni cavab zərbələri endirib.
“Report” xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
Bildirilib ki, noyabrın 14-də səhər saatlarında İsrailin şimalındakı Marqaliot, Ərəb əl-Aramşe, Yiftah, Şomera və Mattat bölgələrində Müdafiə Ordusunun mövqeləri tank əleyhinə raketlər və minaatanlardan atəşə tutulub.
Məlumata görə, İsrailin Müdafiə Ordusu öz növbəsində Livandakı hücumların başladığı yerləri hədəfə alaraq “Hizbullah” qruplaşmasının mövqelərinə də zərbələr endirib.
İnformasiyaya əsasən, İsrailə məxsus tank Livandan Yiftah yaşayış məntəqəsinə tank əleyhinə raketlər atmağa çalışan bir qrup silahlıya hücum edib.
Son xəbərlər
05:09
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35
İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Digər ölkələr03:11
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Digər ölkələr02:35
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb
Digər ölkələr02:08
Şimali Kipr XİN: BMT-nin sülhməramlı qüvvələri bitərəflik prinsipindən uzaqlaşıb
Digər ölkələr01:41
Rusiya XİN: Əraqçi İran-ABŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb
Region01:17