İsrail Livanın cənubunda əməliyyata hazırlaşır
Digər ölkələr
- 01 iyul, 2024
- 18:42
İsrail iyulun ikinci yarısında Livanın cənubunda "Hizbullah"a qarşı quru əməliyyatına başlaya bilər.
"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən yazıb.
Bildirilir ki, İsrail quru əməliyyatına iyulun üçüncü və ya dördüncü həftəsində başlayacaq. Nəşr xatırladıb ki, bundan əvvəl bir neçə dövlət öz vətəndaşlarını vəziyyətin daha da gərginləşməsi və münaqişənin genişlənməsi ehtimalına görə dərhal Livanı tərk etməyə çağırıb.
İyunun ortalarında İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Belə ki, İsrail Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı əməliyyatdan sonra eyni vaxtda "Hizbullah" hərəkatına zərbələr endirməyi planlaşdırır.
Son xəbərlər
20:42
Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq
Region20:35
Pezeşkian Hörmüz boğazının hansı ölkələr üçün bağlandığını açıqlayıb
Region20:20
ÜST Yaxın Şərqdə nüvə müharibəsinə hazırdır
Sağlamlıq20:03
Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-də hakimiyyətin dəyişməsinə ehtiyac var
Digər ölkələr19:24
II İliya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib - YENİLƏNİB
Xarici siyasət19:12
"FT": ABŞ-nin neft və qaz müqavilələri İrana görə iflic olub
Energetika18:45
Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir
Region18:30
İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib
Region18:23