İsrail Livana ikinci diviziya göndərib
Digər ölkələr
- 02 oktyabr, 2024
- 07:41
İsrail komandanlığı “Hizbullah” hərəkatına qarşı quru əməliyyatlarının həyata keçirilməsi üçün Livanın cənubunda ikinci diviziya yerləşdirib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Bildirilib ki, 36-cı diviziya çərşənbə axşamına keçən gecə Livana daxil olan 98-ci diviziyanın ardınca sərhədi keçib.
Bu arada İsrail hərbçiləri Livanın cənubundakı 20 kənddən mülki əhalinin təxliyəsi ilə bağlı çağırış edib. İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah”ın hərbi məqsədlər üçün istifadə etdiyi istənilən obyektin hədəf olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün Livan ərazisindən İsrailə 50 reaktiv mərmi atılıb. Sakinlərinin əksəriyyətinin təxliyə edildiyi İsrailin Metula yaşayış məntəqəsində 10 evə ziyan dəyib.
Son xəbərlər
11:29
Prezident İlham Əliyev Lukaşenkonu təbrik edib
Digər11:22
Foto
Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq
Fərdi11:16
Batumidə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
Daxili siyasət11:09
Fərid Namazov: "İmişli"nin mənə təklif göndərəcəyini gözləmirdim"
Futbol11:01
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Xarici siyasət11:00
Video
"AzərEnerji" Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar inşa edir
Energetika11:00
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Milli Məclis11:00
Moldovanın Baş naziri istefa verib
Digər ölkələr11:00