İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib - YENİLƏNİB
- 10 oktyabr, 2025
- 13:56

İsrail və HƏMAS arasında atəşkəs oktyabrın 10-u səhər saatlarında qüvvəyə minib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Məlumata görə, bundan sonra İsrail qoşunlarını razılaşdırılan yerləşmə xətlərinə çıxardığını bəyan edib. "İsrail Müdafiə Ordusunun hərbi qulluqçuları saat 12:00 (Bakı vaxtı ilə 13:00) etibarilə atəşkəs və girovların qaytarılması haqqında razılaşmaya uyğun olaraq yenilənmiş yerləşmə xətlərində mövqelər tutublar. İsrail Ordusunun Cənub Komandanlığının qoşunları bu bölgədə yerləşdirilib. Hər hansı birbaşa təhlükəni aradan qaldırmaq üçün fəaliyyətə davam edəcək", - hərbçilər bildiriblər.
Qeyd edək ki, 72 saat ərzində HƏMAS 48 girovu azad etməlidir, bunlardan 20 nəfər hələ də sağ olduğu güman edilən şəxslərdir.
İsrail Müdafiə Ordusu HƏMAS ilə razılaşma çərçivəsində Qəzza zolağından hərbçilərinin çıxarılmasına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd olunur ki, qoşunların çıxarılması oktyabrın 10-da gecə saatlarından başlayıb. Bildirilir ki, qoşunların bir hissəsi artıq Qəzza zolağından tam çıxarılıb.