İsrail HƏMAS-ın Livandakı təlim düşərgəsinə hücum edib

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 03:29
İsrail HƏMAS-ın Livandakı təlim düşərgəsinə hücum edib

İsrail Ordusu HƏMAS-ın Livanın cənubundakı təlim düşərgəsində fəaliyyət göstərən terrorçulara zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə Ordunun Mətbuat xidməti xəbər verib.

"İsrailin Müdafiə Ordusu HƏMAS-ın Livanın cənubundakı Əyn əl-Hilva (Fələstin qaçqınlarının düşərgəsi) ərazisindəki təlim düşərgəsində fəaliyyət göstərən terrorçulara zərbələr endirib. Vurulan hərbi düşərgə HƏMAS terrorçuları tərəfindən İsrail əsgərlərinə və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün təlim məqsədilə istifadə edilib", - açıqlamada deyilir.

Mətbuat xidməti qeyd edib ki, zərbələrdən əvvəl mülki şəxslərə ziyanı minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən yüksək dəqiqlikli sursatlardan istifadə, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarını toplamaq üsullarından istifadə olunub.

"İsrailin Müdafiə Ordusu Livanda HƏMAS qruplaşmalarına qarşı əməliyyat keçirir, HƏMAS terrorçuları harada olursa olsunlar, onlara qarşı əməliyyatlar davam edəcək", - ordudan bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti