İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırıb
Digər ölkələr
- 04 mart, 2024
- 19:55
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məsləhətləşmələr üçün Nyu-Yorkdan geri çağırılıb.
"Report" xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz "X" səhifəsində yazıb.
Nazir bildirib ki, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması səbəbindən qəbul edilib.
İsrailli nazirin sözlərinə görə, BMT-nin baş katibi Antoniu Quterreş bu hesabata lazımi diqqət yetirməyib və onun müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını çağırmayıb.
Rəsmi Təl-Əviv qeyd edir ki, sözügedən hücum sərhədyanı kəndlərin əhalisinə qarşı çoxsaylı cinsi zorakılıq halları ilə müşayiət olunub.
Son xəbərlər
23:08
Rəsmi Ankara: Avropa Parlamentinin Türkiyə ilə bağlı hesabatını sərt şəkildə rədd edirik
Region23:00
Foto
DÇ-2026: Portuqaliya - Konqo oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-4
Futbol22:50
FES baza faiz dərəcəsini 3,5–3,75 % səviyyəsində saxlayıb
Maliyyə22:41
İran XİN: İsrail Livana hücum etsə, ABŞ ilə razılaşma pozulacaq
Region22:35
Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Region22:26
Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib
Xarici siyasət22:16
Putin Türkiyənin xarici işlər naziri Fidanla görüşüb
Region22:11
"Thanh Nien": Vyetnamda pişikləri oğurlayan qruplaşma ifşa edilib
Digər ölkələr22:02