İsrail Baş naziri Hizbullaha xəbərdarlıq edib
Digər ölkələr
- 07 yanvar, 2024
- 11:20
İsrail Baş naziri Benyamin Netanyahu (Benjamin Netanyahu) Hizbullah qruplaşmasına xəbərdarlıq edib.
“Report” xəbər verir ki, o, bu barədə hökumətin iclasında danışıb.
Baş nazir söyləyib ki, Hizbullah HƏMAS-ın başına gələn dərsdən nümunə götürməlidir: “Heç bir terrorçu təhlükəsiz deyil. Biz vətəndaşlarımızı qorumaq əzmindəyik. Bu, bizim məqsədimizdir”.
O bildirib ki, İsrail Hizbullahla münaqişəni siyasi yolla həll etməyə də hazırdır: “Lakin adekvat cavab verilməsə, başqa variantlardan istifadə edəcəyik”.
Qeyd edək ki, İsrail dünən Hizbullahın obyektlərini atəşə tutub.
Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.
Son xəbərlər
08:44
Əraqçi Livanda atəşkəs əldə olunmasını ABŞ ilə danışıqların əsas şərti hesab edir
Region08:43
Foto
Futbolda ilk dəfə oyunçu mübahisə zamanı ağzını qapadığı üçün meydandan qovulub
Futbol08:43
Sebastyan Minye: "Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi"
Futbol08:24
Karlo Ançelotti: "Haiti üzərində qazanılan qələbə vacib idi"
Futbol08:12
DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya qarşı - YENİLƏNİR-3
Futbol08:09
WSJ: İran Qətərdəki dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə edə bilər
Region07:40
Rusiyanın Krasnoyarsk diyarında 133 min hektardan çox meşə sahəsi yanır
Region07:03
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Digər ölkələr06:54