İsrail baş naziri 44 nəfərin öldüyü faciə yerinə gedib
Digər ölkələr
- 30 aprel, 2021
- 08:41
İsrail Baş naziri Benyamin Netanyahu 44 nəfərin ölümü ilə nəticələnmiş faciənin baş verdiyi Meron dağı bölgəsinə yola düşüb.
“Report” xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun “Galei Tzahal” radiosu yayıb.
Xatırladaq ki, aprelin 30-da gecə saatlarında ənənəvi olaraq tonqalların qalandığı Laq ba-Omer dini bayram zamanı izdiham yaranıb.
Radiostansiyanın məlumatına görə, Netanyahu birbaşa "faciə bölgəsinə" gedib. Bundan bir qədər öncə baş nazir Meron dağında baş verənləri "ağır faciə" adlandırıb.
İsrailin “Kan” dövlət radiosunun verdiyi məlumata görə, faciə nəticəsində ən azı 44 nəfər həlak olub və ən azı 150 nəfər yaralanıb. Yaralılardan altısının vəziyyəti ağır kimi qiymətləndirilir.
Son xəbərlər
20:45
Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib
Xarici siyasət20:42
Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidentini təbrik edib
Xarici siyasət20:29
Müharibə başlayandan bəri BƏƏ və İran arasında ilk danışıqlar aparılıb
Digər ölkələr20:24
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
Fərdi20:23
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
Komanda20:17
Kallas: İranla müharibənin bərpası Yaxın Şərqə baha başa gələcək
Digər ölkələr20:10
Foto
Yaşar Gülər ilə Rüstəm Umerov regional təhlükəsizliyi müzakirə ediblər
Region19:59
İsrail ordusu Livanın Vadi Saluki bölgəsini nəzarətə götürüb
Digər ölkələr19:52