İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb - YENİLƏNİB-3

Digər ölkələr
  • 19 yanvar, 2026
  • 10:45
İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb - YENİLƏNİB-3

İspaniyada qatarların vaqonlarının relsdən çıxması nəticəsində həlak olanların sayı 39-a çatıb.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Ümumilikdə qatarda 317 sərnişin olub. Daha əvvəl 21, sonra isə 24 nəfərin həlak olduğu və 73 nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi. İspaniyanın nəqliyyat və dayanıqlı mobillik naziri Oskar Puente bildirib ki, Kordovada baş verən dəmiryol qəzası izah edilməsi çətin olan hadisədir, çünki qəzaya səbəb olan "Iryo" qatarı nisbətən yenidir, infrastruktur isə bu yaxınlarda təmir olunub.

İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə "Report" "RTVE"yə istinadən xəbər verir.

Telekanal təxminən 100 nəfərin yaralandığını, onlardan 25-nin ağır vəziyyətdə olduğunu bildirib.

Bu fonda İspaniyanın nəqliyyat və davamlı mobillik naziri Oskar Puente sosial mediada yazıb ki, hələlik son ölənlərin sayını müəyyən etmək mümkün deyil.

Hadisə ilə əlaqədar olaraq İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.

İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ən azı 10 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "El Pais" nəşri hüquq-mühafizə orqanları və təcili yardım xidmətlərinə istinadən yazıb.

Qəzet daha 25 nəfərin ağır yaralandığını bildirib. Hadisə yerinə cəlb edilən xilasedicilər köməksiz vəziyyətdə qalan sərnişinlərin azad edilməsinə kömək edirlər.

Təcili yardım xidmətləri xəsarət alanların əksəriyyətinin kəsiklər, qançırlar və açıq sınıqlar aldığını bildirib. Qatar vaqonlarının deformasiyası səbəbindən xəsarət alanlara çatmaq çətin olub.

Qəza Əndəlüs muxtar icmasında baş verib. Relsdən çıxan vaqon paytaxt Madriddən Huelvaya gedən digər qatarın vaqonu ilə toqquşub. Hadisənin səbəbi hələlik məlum deyil. Madrid–Əndəlüs yüksək sürətli qatar xidməti 20 yanvar tarixinə qədər dayandırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti