İsrail İranın infrastrukturuna zərbələr silsiləsini başa çatdırıb
Digər ölkələr
- 03 mart, 2026
- 20:11
İsrail Müdafiə Ordusu İranın infrastrukturuna qarşı həyata keçirilən zərbələr silsiləsini başa çatdırdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zərbələr Tehran və İsfahan şəhərlərinə endirilib.
"İsrail Müdafiə Ordusu İranın silah istehsalı, xüsusilə ballistik raketlərin hazırlanması üçün istifadə etdiyi sənaye obyektlərinə zərbələr endirib. İsfahanda paralel şəkildə keçirilən əməliyyat zamanı isə ballistik raket kompleksi ilə əlaqəli onlarla hədəf, o cümlədən buraxılış qurğuları və raket anbarları vurulub", – məlumatda bildirilib.
Qeyd olunub ki, İsrail İranın ballistik raket proqramı ilə əlaqəli obyektlərə qarşı zərbələri davam etdirəcək.
Son xəbərlər
02:17
Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
Futbol02:11
CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Futbol02:03
Foto
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Futbol01:43
Tramp Netanyahu ilə İranla razılaşmaları müzakirə edib
Digər ölkələr01:26
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol01:04
Foto
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol00:35
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Energetika00:21
Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr00:14