İrlandiya Ukraynaya əlavə 125 milyon avro məbləğində vəsait ayıracaq
Digər ölkələr
- 02 dekabr, 2025
- 18:05
İrlandiya Ukraynaya dəstək üçün əlavə 125 milyon avro ayıracaq.
"Report" xəbər verir ki, bu barədə İrlandiya hökumətinin dərc etdiyi "Ukrayna-İrlandiya tərəfdaşlığı üçün Yol Xəritəsi 2030" adlı sənəddə qeyd edilib.
Bildirilir ki, Kiyevə qeyri-öldürücü hərbi yardımın göstərilməsinə əlavə 100 milyon avro yönəldiləcək.
Bu maddə üzrə maliyyələşdirmənin ümumi məbləği 2025-ci ildə artıq təqdim edilmiş vəsait nəzərə alınmaqla 200 milyon avroya çatacaq. 25 milyon avro isə Ukraynanın enerji infrastrukturunun bərpası və qorunmasına, həmçinin elektrik enerjisinin tədarükünün təmin edilməsinə xərclənəcək.
Sənəd bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin İrlandiyaya rəsmi səfəri zamanı imzalanacaq.
Son xəbərlər
18:34
NATO Baş katibi: Qara dənizdə gəmilərə edilən hücumlar təhlükəsizliyə təhdidi nümayiş etdirir
Digər ölkələr18:26
Azərbaycanda daha 40 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes18:22
"Yahoo" bir ayda Azərbaycandakı bazar payının 28 %-ni itirib
İKT18:15
Superliqa klubu yeni baş məşqçisini açıqlayıb
Futbol18:05
İrlandiya Ukraynaya əlavə 125 milyon avro məbləğində vəsait ayıracaq
Digər ölkələr18:03
Foto
"Kəpəz" klubu əlilliyi olan şəxslərlə bağlı xüsusi tədbir təşkil edib
Futbol18:01
Qara Dəniz Kabel Layihəsi Aİ-dən hüquqi və maliyyə dəstəyi alacaq
Energetika17:55
Kurban Berdıyev: "Şahdağ Qusar"la matçda az şans qazanan oyunçulara imkan yaratdım"
Futbol17:44