İranın nüvə proqramı ətrafında gərginliyi azaltmağın yolları müzakirə edilib

Digər ölkələr
  • 31 oktyabr, 2025
  • 19:55
İranın nüvə proqramı ətrafında gərginliyi azaltmağın yolları müzakirə edilib

Misir, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasındakı danışıqlar əməkdaşlığın bərpasına, həmçinin Tehranın nüvə proqramı ətrafındakı gərginliyin azaldılmasına yönəlib.

"Report" İran KİV-ə istinadən xəbər verir ki, Misir xarici işlər naziri Bədr Abdel Ati İranın nüvə proqramına sülh yolu ilə həll yolu tapmaq üçün iranlı həmkarı Abbas Əraqçi və BAEA direktoru Rafael Qrossi ilə ayrıca telefon danışıqları aparıb.

Söhbətlər zamanı tərəflər İranın nüvə məsələsi ilə bağlı məsələlərin inkişafını, eləcə də regional təhlükəsizlik və sabitliyin qorunması yollarını müzakirə ediblər.

Abdel Ati müvafiq tərəflər arasında dialoqun davam etdirilməsinin, sentyabrın 9-da Qahirədə imzalanmış müqaviləyə uyğun olaraq İran və BAEA arasında əməkdaşlığın bərpa edilməsinin və gücləndirilməsinin, eləcə də qarşıdakı dövrdə bütün tərəflər arasında təmasların intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, danışıqlar Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Yaxın Şərqdə gərginliyin azaldılması və sülhün təşviq edilməsinə yönəlmiş təlimatlarına uyğun olaraq aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti