Küveytin neft tankerindəki yanğın söndürülüb, sızma baş verməyib - YENİLƏNİB

Digər ölkələr
  • 31 mart, 2026
  • 09:42
Küveytin neft tankerindəki yanğın söndürülüb, sızma baş verməyib - YENİLƏNİB

Küveytə məxsus neft tankerinə endirilən zərbədən sonra baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin hakimiyyət orqanları məlumat verib.

"Müdaxilə qrupları Dubayın ərazi sularında Küveytin neft tankeri ilə bağlı insidenti uğurla lokallaşdırıblar, neft sızması baş verməyib, zərərçəkən yoxdur", - məlumatda bildirilib.

Dubay limanında (BƏƏ) İran qüvvələri neft tankerinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası məlumat verib.

"Associated Press" isə məlumat yayıb ki, BƏƏ hakimiyyəti yanğının qarşısını almaq üçün çalışır.

Vurğulanıb ki, 24 heyət üzvünün hamısı təhlükəsizdir və xəsarət alanlar barədə məlumat yoxdur.

Britaniya ordusu tərəfindən idarə olunan Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi hücum barədə məlumat verərək gəminin Dubaydan 57 kilometr şimal-qərbdə olduğunu bildirib.

Naməlum mərmi tankerə sağ tərəfdən dəyib və nəticədə göyərtədə yanğın baş verib. Mərkəzdən verilən məlumata görə, ətraf mühitə heç bir mənfi təsir qeydə alınmayıb.