İordaniya İrandan atılmış 20 raketi məhv edib
Digər ölkələr
- 11 iyun, 2026
- 12:39
İordaniya Silahlı Qüvvələri İrandan krallıq ərazisi istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.
"Report" xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.
Rəsmi hərbi mənbənin məlumatına əsasən, İordaniya Kral Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri və təyyarələri bu gün İrandan Zərqa vilayətindəki Əzraq rayonu istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.
Raket qalıqlarının yerə düşməsi insan tələfatına və maddi ziyana səbəb olmayıb.
"Ordunun mühəndis bölmələri partlayıcı maddələrin olmadığına əmin olmaq üçün raket qalıqlarını zərərsizləşdirib", - bəyanatda deyilib.
Son xəbərlər
09:19
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
İnfrastruktur09:16
Gəncədə körpə qızdırmadan ölüb
Hadisə09:12
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
Xarici siyasət09:09
ABŞ millisi dünya çempionatları tarixində özünə məxsus rekordu yeniləyib
Futbol09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.07.2026)
Maliyyə08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.07.2026)
Maliyyə08:54
Bakıxanov qəsəbəsində yanğın baş verib
Hadisə08:52
"Brent"in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Energetika08:44
Foto