İndoneziyada daşqın qurbanlarının sayı 500-ü keçib

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 11:04
İndoneziyada daşqın qurbanlarının sayı 500-ü keçib

İndoneziyanın Sumatra adasında baş vermiş daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 502 nəfərə çatıb.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Agentlik məlumat yayıb.

Həmçinin bildirilib ki, 508 nəfər itkin düşmüş hesab olunur.

Daha əvvəl ölənlərin sayı 442 idi.

Son məlumatlara görə, ötən ay İndoneziya, Tailand, Malayziya və Şri-Lankanı əhatə edən daşqınlar nəticəsində ölənlərin sayı 1 000 nəfəri keçib.

Son xəbərlər

Bütün Xəbər Lenti