İndoneziya paytaxtında yanğın nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 13:43
İndoneziya paytaxtında yanğın nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

İndoneziyanın paytaxtı Cakartada ofis binasında yanğın nəticəsində ən azı 20 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə İndoneziya KİV-i polisə istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında hamilə qadın da var.

Yanğının söndürülməsi və axtarış işləri davam edir. Ölü sayının artacağı istisna edilmir.

İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada baş verən yanğın nəticəsində 17 nəfər həlak olub.

"Report" "Kompas TV"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Cakartanın polis rəisi Susatio Purnomo Kondro bildirib.

Onun sözlərinə görə, yanğın birinci mərtəbədə başlayıb və yerli müəssisələrin işçiləri alovu özləri söndürməyə çalışıblar. Lakin alov daha geniş əraziyə yayılıb.

Qeyd edilir ki, bu binada mədən və kənd təsərrüfatı sektorundakı müştərilərə aerofotoçəkilişlər üçün dronlar təqdim edən "Terra Drone Indonesia" şirkətinin ofisi yerləşir.

Son xəbərlər

Bütün Xəbər Lenti