İndoneziya polisi Cakarta məscidindəki partlayışla bağlı dəlillər aşkar edib

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 21:44
İndoneziya polisi Cakarta məscidindəki partlayışla bağlı dəlillər aşkar edib

İndoneziya polisi paytaxt Cakartada məscidin bombalanması ilə bağlı apardığı araşdırma çərçivəsində bir sıra dəlillər aşkar edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə milli polisin rəisi Listyo Sigit Prabovo bildirib.

Rəsmilərin sözlərinə görə, cümə namazını pozan və 50-dən çox insanın yaralanması ilə nəticələnmiş partlayışlar qəsdən törədilmiş hücum ola bilər.

Prabovo xəstəxanada zərərçəkənləri ziyarət etdikdən sonra keçirilən mətbuat konfransında deyib ki, yazışmalar və partlayışda istifadə edildiyi ehtimal olunan toz aşkar edilib.

Şübhəli şəxs partlayışların baş verdiyi məscidin yaxınlığında yerləşən məktəbdən olan 17 yaşlı şagirddir. İstintaq davam etdiyi üçün onun adı və mənşəyi gizli saxlanılır. Şübhəli partlayışların baş verdiyi məscidin düz yanında yerləşən məktəbdən olan 17 yaşlı şagirddir. İstintaq davam etdiyi üçün onun adı və digər təfərrüatlar gizli saxlanılır.

İlkin məlumata görə, partlayışa səbəb olan cihazı bu yeniyetmə gətirə və ya hazırlaya bilər. Hadisədən sonra o, özü ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb, əməliyyat olunub. Hazırda müstəntiqlər sağalmaqda olan şübhəlini dindirməyi planlaşdırırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti