İmran Xanın həbsxanada ölməsi barədə məlumat təkzib edilib
Digər ölkələr
- 27 noyabr, 2025
- 10:15
Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın ölməsi barədə şayiələr təkzib edilib.
"Report" "Geo News"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Adiala həbsxanasının rəhbərliyi məlumat yayıb.
Məlumata görə, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr əsassızdır və ona hərtərəfli tibbi yardım göstərilir.
Bundan başqa, həbsxana rəhbərliyi onun başqa yerə köçürülməsi mümkünlüyü barədə məlumatları da təkzib edib.
Qeyd edək ki, daha əvvəl Əfqanıstanın "Afghanistan Times" media portalı İmran Xanın guya həbsxanada ölməsi barədə məlumat dərc etmişdi.
İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb.
Son xəbərlər
08:25
Avstraliya ABŞ-nin yeni gömrük rüsumlarının ləğvinə nail olmağa çalışır
Digər ölkələr08:03
Almaniya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz
Digər ölkələr07:46
Elbrus dağına çıxan beş alpinist ölüb
Region07:07
Adanada silahlı hücum nəticəsində 3 nəfər ölüb
Region06:52
Uqanda BMT Baş katibi vəzifəsinə namizədi rəsmi şəkildə irəli sürüb
Digər ölkələr06:26
Yaponiyada 40 dərəcəlik istilərin ən uzunmüddətli dövrü qeydə alınıb
Digər ölkələr05:42
NYT: ABŞ "Patriot" raketlərinin çatışmazlığı səbəbindən İranla münaqişənin eskalasiyasını təxirə salıb
Digər ölkələr05:13
ABŞ-nin yanacaqdoldurma təyyarələri İran sərhədləri yaxınlığında uçuşlar həyata keçirir
Digər ölkələr04:47