İtaliyada koronavirusdan ölənlərin sayı artdı
Digər ölkələr
- 03 mart, 2020
- 18:16
İtaliyada həkimlər artıq 2 502 nəfərin koronavirusa yoluxması hadisəsini qeydə alıblar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İtaliyada 79 xəstə bu virusun qurbanı olub, 149 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Koronavirusdan ən çox ölkənin şimal əraziləri zərər çəkib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 450 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.
Son xəbərlər
16:28
"Zirə" "Göztəpə"nin sabiq futbolçusu Lue Bayere Junioru heyətinə qatıb
Futbol16:27
İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir
Xarici siyasət16:25
Foto
"Liv Bona Dea Arena"nın ot örtüyü beynəlxalq standartlara uyğunlaşdırılır
Futbol16:21
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət16:19
Merts: Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Almaniya üçün maraq kəsb edir
Xarici siyasət16:18
İranda qadınlar gələn aydan motosiklet sürə biləcəklər
Region16:15
UEFA Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununa indiyədək 5 000 bilet satılıb
Futbol16:12
İlham Əliyev: Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər
Xarici siyasət16:08