İraqın Əl-Kayyara şəhəri İŞİD-dən azad edilib
Digər ölkələr
- 25 avqust, 2016
- 13:39
Bakı. 25 avqust. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri Əl-Kayyara şəhərini terrorçu İŞİD qruplaşmasından azad edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-İbadinin adminstrasiyası məlumat yayıb.
Əl-Kayyara şəhəri İŞİD-in nəzarəti altında olan və terrorçuların başlıca dayağı sayılan Mosulun cənubunda yerləşir.
İraq hökuməti bu şəhərin terrorçulardan təmizlənməsini Mosulun azad edilməsi istiqamətində atılan vacib addım adlandırıb və Mosulu bu il terrorçulardan azad edəcəyinə söz verib.
Məlumata görə, İraqın təhlükəsizlik qüvvələri Əl-Kayyaranın azad edilməsi əməliyyatına bu həftənin əvvəlində başlayıb.
Son xəbərlər
10:19
Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Ekologiya10:16
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
Energetika10:14
Azərbaycan duz istehsalını mayda 37 % artırıb
Sənaye10:12
Tehranda qaz balonu partlayıb, 6 nəfər yaralanıb
Region10:11
DÇ-2026: Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatıb
Futbol10:02
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Sosial müdafiə10:02
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə10:00
Azərbaycandakı BOKT-ların aktivlərinin məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə09:45