İraqda İŞİD üzərində qələbə münasibətilə parad keçiriləcək
Digər ölkələr
- 03 dekabr, 2017
- 12:27
Bakı. 3 dekabr. REPORT.AZ/ İraq hökuməti İŞİD terror qruplaşması üzərində qələbəni elan etmək münasibətilə dekabrın 9-da hərbi parad keçirmək niyyətindədir.
"Report" xəbər verir ki, bununla bağlı RİA "Novosti" ölkənin təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, İraqın silahlı qüvvələrinin, ordusunun, xalq müdafiəçilərinin (müdafiə qoşunu) iştirakı ilə parad şənbə günü baş tutacaq. Hərbi tədbirdə İŞİD terror qruplaşması üzərində qələbə və hərbi əməliyyatların dayandırılması elan ediləcək.
Xatırladaq ki, İraqın baş naziri Heydər əl-Abadi noyabrın 21-də İŞİD-in ölkədə məğlubiyyətə uğradığını elan edib.
Son xəbərlər
06:17
Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr06:07
Kubada leysan səbəbindən elektrik təchizatının bərpası çətinləşib
Digər ölkələr05:39
"Newsweek": İran atom bombasından güclü silah tapıb
Region05:04
Böyük Britaniyanın Baş naziri təyinatından iki həftə sonra məzuniyyətə çıxıb
Digər ölkələr04:51
Rusiya Sumını bombalayıb, ölən və yaralananlar var
Digər ölkələr04:43
Türkiyədə FETÖ üzvü olan sabiq polis tutulub
Region04:22
Foto
Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötüb
Digər ölkələr04:14
Koretski: Ukraynanın enerji sektoru əlavə 650 milyon avroya ehtiyac duyur
Digər ölkələr03:45