İraqda bir ayda 241 dinc sakin öldürülüb, 271 nəfər yaralanıb
Digər ölkələr
- 01 avqust, 2017
- 15:33
Bakı. 1 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında İraqda baş verən hadisələr nəticəsində 241 dinc sakin ölüb, 271 nəfər isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin İraqa humanitar yardım missiyasının aylıq hesabatında vurğulanıb.
Hesabata əsasən, ən çox dinc sakin Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi zamanı həyatını itirib.
Məlumata görə, iyulda Mosulda baş verənlər nəticəsində 121 dinc sakin ölüb, 112-si isə yaralanıb. Bu müddətdə Bağdadda 38 sakin ölüb, 85-i yaralanıb, Anbar əyalətinin isə 33 sakini ölüb, 49-u yaralanıb.
Son xəbərlər
09:36
Rusiyanın Vladimir vilayətində PUA hücumundan sonra "Wildberries"in anbarı yanıb
Region09:31
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
Elm və təhsil09:30
Rusiyanın Zaporojyeyə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb
Digər ölkələr09:24
Braziliyada 15 yaşlı futbolçu yoldaşlıq oyunu zamanı qətlə yetirilib
Futbol09:21
Kolleclərə ixtisas seçimi başlayıb
Elm və təhsil09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.08.2026)
Maliyyə09:00
Foto
Video
İrandan Azərbaycana 112 kq heroin keçirilməsinin qarşısı alınıb
Hadisə08:57
Kubanın enerji sistemi yenidən tamamilə sıradan çıxıb
Digər ölkələr08:42