İraqda ABŞ-a məxsus hərbi baza atəşə tutuldu, 2 hərbçi yaralandı
Digər ölkələr
- 14 mart, 2020
- 11:03
Bağdadın şimalında yerləşən və ABŞ, eləcə də başqa koalisiya üzvü olan ölkələrin hərbçilərinin yerləşdirildiyi Taci bazası yenidən raket atəşinə tutulub.
“Report” AP-yə istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən İraq rəsmilərinin dediyinə görə, onlarla raketin atıldığı bazada azı 2 iraqlı hərbçi yaralanıb.
Bu hücumun fərqli cəhəti kimi gündüz baş verməsi göstərilir, halbuki əvvəllər bu kimi hücumlar gecə vaxtı törədilib.
Xatırladaq ki, çərşənbə günü eyni ərazinin raket atəşinə tutulması nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. Dünən isə ABŞ hərbçiləri bu hücumun səbəbkarı kimi iranpərəst “Qeytəb Hizbullah” silahlı dəstəsinin mövqelərinə hava zərbəsi endiriblər.
Son xəbərlər
10:08
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Digər10:05
Foto
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur
Din10:03
Husam Hasan: "Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissəyə çıxmayın"
Futbol10:02
Foto
AZAL donanmasına 4-cü müasir "Airbus A320neo"nu əlavə edib
İnfrastruktur09:58
Foto
Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcək
Xarici siyasət09:52
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
Digər ölkələr09:51
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb
Hadisə09:50
Foto
Azərbaycan Böyük Britaniyada keçirilən beynəlxalq konfransda təmsil olunub
Energetika09:47