İraq ordusu iki yaşayış məntəqəsini İŞİD-dən azad edib
Digər ölkələr
- 26 mart, 2016
- 02:42
Bakı. 26 mart. REPORT.AZ/ İraqın yezidi kürd döyüşçüləri və tayfa dəstələri Suriya ilə sərhəd yaxınlığında yerləşən Sincar şəhəri ərazisində iki yaşayış məntəqəsini İŞİD terror təşkilatından azad edib.
"Report" xəbər verir ki, bu barədə İraq ordusuna istinadən "Reuters" məlumat yayıb.
Ordunun bəyanatına görə, hərbçilər Um əl-Diban və Um Curais rayonlarına nəzarəti ələ keçirə biliblər.
İraq bununla da İŞİD terrorçularının əsas təchizat yolunu kəsmiş olub.
Bağdadın 400 km şimal-qərbində, Suriya ilə sərhəddəki Sincar dairəsinin Neynəva əyalətində yerləşən Sincar şəhəri İŞİD terrorçuları tərəfindən ötən ilin avqustunda ələ keçirilmişdi. Həmin vaxt əhalisini, əsasən yezidi kürdlər təşkil edən şəhəri təqribən 200 min adam tərk etmişdi.
Son xəbərlər
06:07
ABŞ-də onlarla H-1B viza saxtakarlığı ilə bağlı istintaq başlayıb
Digər ölkələr05:47
Tramp tammiqyaslı ABŞ - İran münaqişəsinin yenidən başlayacağını istisna etməyib
Digər ölkələr05:38
Sorğu: Fransada respondentlərin əksəriyyəti Le Peni növbəti prezident kimi görür
Digər ölkələr05:21
ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarmaq prosesinə başlayıb
Digər ölkələr04:54
Rusiyanın Odesaya hava zərbələri nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb
Digər ölkələr04:41
ABŞ Prezidenti İranı hər hücuma cavab olaraq 20 zərbə ilə hədələyib
Digər ölkələr04:16
Tramp: İran nümayəndələri sazişi müzakirə etmək üçün əlaqə saxlayır
Digər ölkələr03:57
Almaniyada gimnaziyaya hücum edən yeniyetmənin silahı atəş açmayıb
Digər ölkələr03:31