İndoneziyada İŞİD-in 7 tərəfdarı həbs edilib
Digər ölkələr
- 29 sentyabr, 2016
- 01:39
Bakı. 29 sentyabr. REPORT.AZ/ İndoneziyada İŞİD-in 7 tərəfdarı həbs edilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin nümayəndəsi Boy Rafli Amar xəbər verib.
Həbs edilənlər Suriyaya gedərək İŞİD-ə qoşulmağa hazırlaşırmış. Məlumata görə, radikal qruplaşmanın tərəfdarları paytaxt Cakarta hava limanında saxlanılıblar.
Polis rəsmisinin sözlərinə görə, onların Suriyaya gedərək terrorçulara qoşulmaq istəmələri güman edilir.
"Jakarta Globe" qəzeti saxlanılanlardan üçünün AMF, A və W inisiallarından ad və ya soyad kimi istifadə etdiklərini xəbər verərək, W-in digər İŞİD tərəfdarlarına maliyyə dəstəyi verdiyini yazıb.
Son xəbərlər
21:01
DÇ-2026: Fildişi Sahili - Norveç oyunu başlayıb
Futbol20:56
Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşüb
Region20:43
Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə ediblər
Region20:37
Samir Şərifov Qarabağ və Şərqi Zəngəzurun bərpasında Belarusun iştirakını qeyd edib
Digər ölkələr20:30
"Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub olub
Futbol20:15
Samir Şərifov: Azərbaycan Belarusla münasibətləri bundan sonra da inkişaf etdirmək əzmindədir
Xarici siyasət20:11
Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir
Xarici siyasət20:05
Azərbaycanın Mərakeşdəki səfiri Diplomatik Fondun görüşünə qatılıb
Xarici siyasət19:50