İndoneziyada daşqın və sürüşmə nəticəsində 6 nəfər ölüb

Digər ölkələr
  • 23 yanvar, 2019
  • 08:05
İndoneziyada daşqın və sürüşmə nəticəsində 6 nəfər ölüb

Bakı. 23 yanvar. REPORT.AZ/ İndoneziyanın Cənubi Sulavesi vilayətində daşqın və torpaq sürüşməsi nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, daşqın və sürüşmələrə leysan yağışları nəticəsində çayın səviyyəsinin artması səbəb olub.

Təbii fəlakətdən daha çox 6 nəfərin öldüyü Qova rayonu əziyyət çəkib.

Daşqın nəticəsində onlarla ev və bir neçə körpüyə ziyan dəyib. Yerli səlahiyyətlilər insanları təxliyyə edir və xəsarət alanlara kömək göstərirlər.