​İndoneziya sahillərində zəlzələ baş verib

Digər ölkələr
  • 30 may, 2016
  • 23:31
​İndoneziya sahillərində zəlzələ baş verib

Bakı. 31 may. REPORT.AZ/ İndoneziya sahillərində zəlzələ baş verib. 

“Report”un məlumatına görə, bu haqda ABŞ-ın Geologiya Xidməti xəbər yayıb.

Məlumata görə, zəlzələnin episentri Ambon şəhərindən 143 kilometr şərqdə, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilmir.