Honq Konqda yaşayış kompleksinin üç binasında yanğın davam edir
- 27 noyabr, 2025
- 05:52
Honq Konqda yanğınsöndürənlər yaşayış kompleksinin səkkiz yaşayış binasından üçündə yanğının söndürülməsi işlərini davam etdirirlər.
"Report"un məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə xidməti xəbər verib. Məlumata görə, 26 axtarış-xilasetmə qrupu ölən və xəsarət alananların axtarışına başlayıb.
Yanğın Hon Konqun yeni ərazilərinin Tay Po rayonundakı səkkiz çoxmərtəbəli binadan ibarət "Van Fuk Kout" kompleksində baş verib. Bir bina əsasən zərər görməyib, yeddi bina isə alov içində qalıb. Kompleksdə 2 000-ə yaxın mənzil var və təxminən 4 000 sakin yaşayır.
Təxminən 900 sakin müvəqqəti yaşayış mərkəzlərinə yerləşdiririlib, su və ərzaqla təmin olunub. Bir çoxlarıu isə qohumları və tanışlarının evində gecələyir.
Son məlumata görə, ölənlərin sayı azı 44 nəfərdir, təxminən 100 nəfər xəsarət alıb, onlardan 45-nin vəziyyəti ağırdır. 279 nəfər hələ də itkin düşmüş hesab olunur. Polis təmir işlərini həyata keçirən şirkətin iki rəhbərini, eləcə də bir məsləhətçi mühəndisi saxlayıb.
Polisin nümayəndəsi mətbuat konfransında bildirib ki, istintaqın təmir işlərinə cavabdeh olan şəxslərin səhlənkarlığının hadisəyə və yanğının sürətlə yayılmasına, nəticədə xeyli insan itkisinə səbəb olduğuna inanmaq üçün əsası var.