Honq Konqda yaşayış kompleksindəki yanğınla bağlı üç nəfər saxlanılıb

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 10:42
Honq Konqda yaşayış kompleksindəki yanğınla bağlı üç nəfər saxlanılıb

Honq Konq şəhər rəhbərliyi Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın ilə bağlı iş üzrə üç nəfərin saxlanılıdığını bildirib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polisin məlumatında bildirilir ki, 52-68 yaş arasında olan bu şəxslər kompleksdə təmir işləri aparan tikinti şirkətində işləyirlər. Saxlanılanlardan ikisi şirkətin rəhbəri, digəri isə məsləhətçi-mühəndisdir.

Araşdırmalar binalarda yanğına davamlı olmayan materialları üzə çıxarıb.

Polis nümayəndəsi qeyd edib ki, şirkət rəhbərliyinin səhlənkarlığını təsdiqləyən əsaslar var. Bu da yanğının yayılmasına səbəb olan faciəyə gətirib çıxarıb.

İlkin istintaq məlumatlarına görə, polis əməkdaşları hər mərtəbədə lift pəncərələrini bağlayan, tez alışan polistirol köpük aşkar ediblər. Şəhər administrasiyasının rəhbəri Con Li bildirib ki, yanğını tədricən nəzarət altına almaq mümkün olub.

Qeyd edək ki, Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb, daha 45 nəfərin vəziyyəti ağırdır. Yüzlərlə insan hələ də itkin düşmüş hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti