Honq-Konqda yanğın nəticəsində 156 nəfər həlak olub

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 15:47
Honq-Konqda yanğın nəticəsində 156 nəfər həlak olub

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş vermiş güclü yanğında həlak olanların sayı 156 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "South China Morning Post" nəşri yerli polisə istinadən yazır.

"Çərşənbə axşamı daha beş meyit aşkar edilib, nəticədə ölənlərin sayı 151-dən 156-ya yüksəlib. Ümumi qurbanların 127 nəfəri müəyyənləşdirilib", - polis qeyd edib.

Hakimiyyət orqanları bildiriblər ki, səkkiz binadan ibarət olan zərər çəkməmiş yeganə yaşayış blokunun sakinlərinə çərşənbə və cümə axşamı günləri öz evlərinə qayıdaraq əşyalarını götürməyə icazə veriləcək.

Bundan əlavə, nəşr xəbər verir ki, Honq-Konq sığorta şirkətləri yanğın səbəbindən maliyyə problemləri ilə üzləşiblər. Qeyd olunur ki, onların mənfəəti kəskin şəkildə azalıb. S&P reytinq agentliyinin məlumatına görə, sığortaçılar rəqabət şəraitində sığorta haqlarının azalmasına səbəb olan qiymətləndirmə strategiyasını yenidən nəzərdən keçirməli ola bilərlər.

Yaşayış kompleksindəki yanğın daşınmaz əmlak bazarına da təsir göstərib. Torpaq kadastrının məlumatına görə, yeni və yaşayış evlərinin, ofis sahələrinin, mağazaların, avtomobil dayanacaqlarının və sənaye obyektlərinin satışı oktyabrdakı 7190-dan 7121-ə qədər 1% azalıb.

Əvvəllər hakimiyyət orqanlarının yanğının səbəblərini və hallarını araşdırmaq üçün müstəqil komitə yaradacağı bildirilmişdi. Honq-Konq polisi və Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyası (ICAC) yanğınla bağlı 14 nəfəri həbs edib.

Son xəbərlər

Bütün Xəbər Lenti