Honq Konqda yanğın nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb – YENİLƏNİB-5
- 27 noyabr, 2025
- 02:30
Hon Konqda yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb, daha 45 nəfərin vəziyyəti ağırdır.
"Report"un yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə şəhərin yanğınsöndürmə idarəsi məlumat yayıb.
Məlumata görə, xəsarət alanların sayı 100-ə çatıb.
Honq Konqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb, 29 nəfər xəsarət alıb.
"Report"un "The South China Morning Post"a istinadən xəbərinə görə daha 279 nəfər itkin düşmüş sayılır.
Uels Şahzadəsi Xəstəxanasına yerləşdirilən 29 nəfərdən yeddisinin vəziyyəti ağırdır.
Çin Sədri Si Cinpin axşam bəyanatında ölənlərin ailələrinə başsağlığı verib.
Honq Konqun şimalındakı Tai Po rayonunda yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, onlarla insan yaralanıb.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər alovu nəzarət altına almaqda çətinliklərlə üzləşirlər.
Yanğının başladığı "Wang Fuk Court" yaşayış kompleksi səkkiz korpusda yerləşən 2 min mənzildən ibarətdir.
Honq Konqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 12-yə çatıb.
"Report" xəbər verir ki, bu barədə "The South China Morning Post" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 16 nəfər xəsarət alıb.
Hakimiyyət orqanlarının məlumatına görə, kompleks sakinlərinin əksəriyyəti yanan binalardan çıxarılıb.
Honq Konqun Tay Po rayonunda yanan yaşayış kompleksində olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşaqdan xəbər yoxdur.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu şəhər hakimiyyəti bildirib.
Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib.
Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir.
İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.