Honkonq hakimiyyəti yanğından zərər çəkənləri müvəqqəti mənzillə təmin edib
- 02 dekabr, 2025
- 08:12
Honkonqda yanmış "Wang Fuk Court" yaşayış kompleksinin 2 000-dən çox sakini müvəqqəti mənzillə təmin olunub.
"Report"un xəbərinə görə, bu barədə Honkonqun Xüsusi İnzibati Bölgəsinin administrasiyası məlumat verib.
Qeyd edilir ki, 945 nəfər gənclər yataqxanalarında, düşərgələrdə və hotellərdə yerləşdirilib. Daha 1470 sakin Mənzil Bürosu və ya Honkonq Mənzil Cəmiyyətinin filialları tərəfindən təmin edilən müvəqqəti mənzillərə köçürülüb.
Bundan əlavə, yanmış kompleksin sakinləri iki müvəqqəti yaşayış mərkəzində, eləcə də qohumları və dostlarının evlərində qalmağa davam edirlər.
Honkonqun Səhiyyə Bürosu dövlət xəstəxanalarına yerləşdirilənlər də daxil olmaqla, bütün zərərçəkənlərin müalicə və reabilitasiya müddətində tibbi xərclərdən tamamilə azad ediləcəyinə qərar verib.